Xəbərlər

Bakıda “Formula-1” yolu haqqında yarışçıların fikirləri
17 iyun, 2016 18:51

“Formula-1”-in pilotları Bakı yolları haqqında öz fikirlərini bölüşüblər.

1news.az-ın f1news.ru saytına istinadla verdiyi xəbərə görə, həftə sonunun başlanmasından əvvəl yarışçılarla şəhər yollarında mümkün təhlükələrlə bağlı sorğu aparılıb.

Müxtəlif fikirlər səslənib. Lakin “McLaren Honda” komandasından olan Censon Batton potensial olaraq çıxış zonalarında üç təhlükəli yerlərin yoxluğundan narazı qalıb…

Censon Batton: “İllərdir ki, avtodromların təhlükəsizliyinin artması ilə bağlı çalşırıq. Və bura gələndə görürürk ki, 3-cü, 7-ci və 14-cüdən sonra döngələrdə ümumiyyətlə uçuş zonası yoxdu. Üçüncü döngədə tamamilə  konfiqurasiyanı dəyişmək olar. 7-ci də isə TecPro-nun üç maneəsi var, ondan sonra isə – beton blok.

Aydındır ki, yol binalarla əhatə olunanda yüksək nəticələrə çatmaq çətindir. Ümid edirik ki, FİA lazımi tədbirlər görüb. Hətta Monakoda təhlükəli yerlər üçün uçuş zonaları var. Bura Monako deyil axı, Bakıda yollar daha sürətlidir”.

Bir sıra yarışçılar isə pit-leynə paralel çıxışın yüksək sürətini tənqid ediblər. Pit-leyndə sürət həddi 60 km/s-la məhdudlaşdırılıb, lakin bir çoxları deyir ki, yolun konfiqurasıyası bu cürdür – buna yanaşmaq lazımdır.

 “ToroRosso” komandasından Daniil Kvyat: “Pit-leynə giriş və çıxış tamamilə qeydi-adidir, xüsusən də giriş – biz buraya yüksək sürətlə yaxınlaşırıq, lakin həmin yerdə birləşmələrin səviyyəsi aşağıdır, buna görə də çox maraqlı olacaq. Çıxış da tamamilə ensizdir. Hətta xatırlayıram ki, bu cür yolların özünəməxsusluğu var. Ümid edirəm ki, bu, ciddi təhlükələrə səbəb olmayacaq...”

“Mercedes”-in pilotu Niko Rosberq bildirib ki, Azərbaycan paytaxtındakı yollar “həqiqətən də yaxşı görünmür”. Rosberq ümid edir ki, FİA-nın trekləri idarə edən rəhbər orqanları təhlükəsizliyi tamamilə təmin edib, lakin sözlərinə əlavə edib: “Bu künclərə görə, şühbələrim var”.

Yolun başlıca problemli ərazilər şəhərin tarixi qədim rayonları ilə yenisinin birləşməsi olan yerdədir. Həmçinin qeyd edilir ki, bu, F1 yarışları tarixində ən sürətli yol olduğu gözlənilir. Xüsusən də burada diqqət, 3, 7 və 15-ci pit-leynə girişə yönələcək.

Rosberq sözlərinə əlavə edib: “Yol nəhəngdir. Məni burada yaxşı qarşıladılar, əminəm ki, ümumilikdə Bakıdakı mərhələ böyük uğurla nəticələnəcək. Lakin bir sıra narahatlıqlar var. Əsasən də bu, 15-ci döngədən aşağıya istiqamətlənmiş yoldadır. Daha sonra çuxur gəlir ki, bu yaxşı deyil”.

 “McLaren Honda” komandasından yolun rəsmi səfiri olan dünya üzrə ikinci dərəcəli çempion Fernando Alonso problemləri azaldıb:

“Bir sıra problemli künclər var. Çox güman ki, bu haqda danışacağıq. Təhlükəsizlik nöqteyi-nəzərindən FİA axmaları kifayət qədər təhlükəsiz etmək üçün bir sıra modelləşmə həyata keçirib. Bunlardan bir çoxları kifayət qədər təhlükəsizdir, bir çoxları isə balaca görünür ki, bu da Monakoda olduğundan daha yaxşıdır”.

“Red Bull Racing” komandasından olan Daniel Rikkardo bəyan edib ki, bu çuxura düşmək “kifayət qədər soyuq olacaq”, beləki bu, yarış yolunun ən effekli hissəsidir.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.