Hüseyn Bağırov Qaxda vətəndaşları qəbul edəcək
17 iyun, 2016 18:36
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov iyunun 24-də Qax şəhərində vətəndaşları qəbul edəcək.
1news.az-ın məlumatına görə, saat 10:00-da Qax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: N.Nərimanov küçəsi 4) keçiriləcək qəbulda Qaxla yanaşı Zaqatala, Balakən və Şəki rayonlarının sakinləri də iştirak edəcəklər.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin 9 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinə (Zaqatala şəhəri, Nizami küçəsi 40) müraciət etmələri (əlaqə telefonları: 024-223-08-63, 050-376-28-89, 050-314-54-61) xahiş olunur.
1news.az