Xəbərlər

Bakıda ucuz və keyfiyyətli məhsulların ünvanı
17 iyun, 2016 17:11

Yeni “Karaca” mağazasının Hüseyn Cavid ünvanındakı açılışı müştərilər arasında böyük maraqla qarşılanıb.

Türkiyədə yarım əsrə yaxın tarixə malik “Karaca” Azərbaycanda 10  ildən çoxdur ki, fəaliyyət göstərir. Bakıda 6, Naxçıvanda 1 mağazası olan “Karaca”nın bu gün açılan yeni mağazası digərlərindən fərqlənir.

Belə ki, xüsusi zövqlə tərtib edilmiş dizaynı, geniş məkanı, məhsul çeşidlərinin müxtəlifliyi ilə seçilən bu mağazada həm istənilən zövqdə qab-qaşıq dəstləri, eleqant çəngəl-qaşıq-bıçaq dəstləri, qazan-tavalar, müxtəlif mətbəx alətləri, elektrik avadanlıqları, həm də yüksək keyfiyyətli və geniş çeşiddə yataq dəstləri, süfrələr, ev aksessuarları və s. tapmaq mümkündür.

“Brendin bütün məhsulları demək olar ki, Türkiyə istehsalıdır. Qabların 90%-i Türkiyənin, 10%-i isə Çexiya istehsalıdır. Amma “Karaca Home” (tekstil) tamamilə Türkiyə istehsalıdır. Bizim 22 ölkədə 33 mağazamız var. Onlardan 15-i Avropada, qalanları Qafqaz ölkələrindədir” - deyə, “Karaca”nın satış direktoru İkay Akay vurğulayıb.

İkay Akay devalvasiyadan sonra bir çox şirkətlərin mağazalarının bağladığı bir vaxtda yeni mağaza açılışına aydınlıq gətirərək, bildirdi ki, bəzən iqtisadi böhran dövrü bir şirkətin sonu, digərinin isə başlanğıcıdır:

“Biz eşidəndə ki, burada hansısa mağaza bağlanır, düşündük ki, bura mərkəzi küçələrdən biridir və insanların bizi daha asan tapa biləcəkləri bir yerdir. Odur ki, heç düşünmədən, burada mağaza açmağa qərar verdik. Düzdür, devalvasiya vaxtı bizdə də alıcılıq qabiliyyəti nisbətən azaldı. Amma sonradan öz müştərilərimizi geri qaytara bildik. Bundan sonra isə onların daha çox artacağına inanırıq”.

“Karaca” hər anınızı xüsusi etməniz və sevdiklərinizi qürurla qarşılaya bilməniz üçün dizaynı yeni, istifadəsində isə rahat məhsullarla həyatınıza rəng qatır. Əsas devizi “ən gözəl an, yaşadığınız an” olan “Karaca” elaqant dəstləri ilə özəl anları unudulmaz etməyə çalışır.

Elə bu səbəbdən, mağaza bütün mallarına 15-30%-ə qədər endirimlər edib, müştərilərinə endirim kartları verir və məhsul alan şəxslər mağazadan hədiyyəsiz getmir. 

“Karaca” mağazasının daimi müştərisi olan Əsmər Həsənova deyir ki, o, bu şirkətin bütün filiallarında olub və hər dəfə aldığı məhsuldan razı qalıb:

“İndi də eşidəndə ki, “Karaca”nın yeni mağazası açılır, çox sevindim. Mən 3 il bundan əvvəl qızım üçün bütün cehizlik qabları buradan almışam. Artıq 3 il keçməsinə baxmayaraq, qablar təzə kimi qalıb. Buradakı məhsulların keyfiyyətinə söz ola bilməz”.

“Karaca” hər anı özəl və unudulmaz etmək istəyənlər üçün həm nağd, həm də 18 ayadək kreditlə satış, həmçinin bir çox sərfəli fürsətlər yaradıb. Siz də istənilən məhsulu tək şəxsiyyət vəsiqəsi ilə mazağadan alıb, qonaqlarınız qarşısında hər an üzüağ ola bilərsiniz. 

Fərqliliyi ilə seçilən “Karaca” ilə siz də həyatınıza rəng qatın.

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.