Son günlər bir çox azərbaycanlı futbol həvəskarlarını (eləcə də digərlərini) bir vacib məsələ maraqlandırır – Dövlət Neft Şirkətinə (SOCAR) Avropa Çempionatı-2016 çərçivəsində UEFA ilə tərəfdaşlıq nə üçün lazım oldu?
Bu, təəccüblü deyil. Çoxları ilk dəfə bu razılaşma haqqında Avropa stadionlarında birincilik matçları zamanı SOCAR-ın reklam bannerlərini gördükdə xəbərdar oldular.
Bununla bağlı dərhal müxtəlif fikirlər yarandı: “Ölkənin investisiya imkanlarını reklam etmək daha yaxşı olmazdımı?”, “Nə üçün Azərbaycanın turizm imkanlarını göstərən reklamı yerləşdirməyək?”, “Carlsberg Avropada pivə satır, bəs SOCAR nə satır?” və s.
Bütün bu suallara SOCAR prezidenti Rövnəq Abdullayev şirkətin Avropda biznes maraqları və çoxmilyardlı investisiyaları və bundan ölkənin, eləcə də vətəndaşların əldə etdiyi faydalar haqqında bir sıra mətbu orqanlarına müsahibəsində (həmçinin 1news.az-a) tam və dolğun olaraq cavab verib.
Mövzu ilə əlaqədar oxuyun:
R.Abdullayevin sözlərinə görə, tərəfdaşlıq razılaşması imzalayaraq SOCAR, şirkətin biznes maraqlarını irəli sürüb ki, bu aktiv SOCAR-a öz investisiya portfelini şaxələndirərək qlobal brendə çevrilməsinə imkan yaradacaq.
Böyük həcmdə mətnləri oxumağa vaxtı olmayan oxucularımız üçün maraqlı infoqrafika tərtib etmişik. Burada SOCAR-ın Avropda gördüyü işlər və şirkət brendinin daha çox avropalının xəbərdar olmasının vacibliyi haqda ətraflı açıqlanıb.
Bu məlumatdan qeyd etmək olar ki, SOCAR-ın sərmaya yatırdığı layihələr artıq gəlir gətirir, hətta bütün bunlar gələcəkdə böyük mənfəətlər vəd edir.
Yeri gəlmişkən xüsusi olaraq qeyd edək ki, UEFA tarixində ilk dəfə olaraq təşkilatın tərəfdaşının adında ölkə adı istifadə olunacaq.
“SOCAR – ENERGY OF AZERBAIJAN”(“SOCAR - Azərbaycan Enerjisidir”) – yaxın günlərdə Avro-2016-nın əsas stadionlarında məhz bu cür şüarlar səslənəcək.