14 iyun 2016-cı ildə Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı yeni təyin edilmiş Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi cənab Qulam İsakzai ANAMA baş qərargahına səfər etmişdir.
Görüş zamanı 1998-ci ildən etibarən ANAMA ilə BMT arasında olan uğurlu əməkdaşlıq barədə müzakirələr aparılmışdır. ANAMA Direktoru cənab Qəzənfər Əhmədov ANAMA ilə BMT-nin birgə Layihəsi üzrə həyata keçirilən fəaliyyət barədə məlumat verdi. Görüşdə eləcə də, milli minatəmizləmə strategiyasının əsas aspektləri, donorlarla əməkdaşlıq, uzun və qısa müddətli strategiyalar da müzakirə olunmuşdur.
ANAMA-nın Əməliyyatlar üzrə mütəxəssisi Tural Məmmədzadə Agentliyin fəaliyyətini əks etdirən prezentasiya təqdim etdi.