Sabirabadda sakininin həyətində 130 ədəd çətənə kolu aşkarlanıb
15 iyun, 2016 00:42
Sabirabadda 29 yaşlı gənc narkotik tərkibli çətənə kolları becərdiyinə görə saxlanılıb.
1news.az xəbər verir ki, Sabirabad polis şöbəsinin Qaragüney polis bölməsinin rəisi Aqil Əliyevin verdiyi məlumata görə, keçirdikləri “Xaş-Xaş 2016” əməliyyat tədbirləri planına uyğun Surxayoba kənd sakini, 1987-ci il təvəllüdlü Həşimov Şirxan İlham oğlunun yaşadığı evin həyətyanı sahəsindən 130 ədəd narkotik tərkibli çətənə kolları aşkar edib. Aqrotexniki ekspertizanın rəyinə görə, çətənə kolları aqrotexniki qaydada qulluq edilməklə becərilib.
Ş.Həşimov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Sabirabad rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
1news.az