Zakir Qaralovun Lerikdə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
14 iyun, 2016 12:23
Baş prokuror Zakir Qaralovun iyunun 17-də Lerik, Masallı, Lənkəran, Astara və Yardımlı rayonlarında yaşayan vətəndaşlarla nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilib.
Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, qəbul cari il iyunun 24-də saat 11:00-da Lerik rayon prokurorluğunun inzibati binasında keçiriləcək.
1news.az