Xəbərlər

“Azərbaycan xalçaları” jurnalının 18-ci sayı çap olunub - FOTO
14 iyun, 2016 11:22

Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 18-ci sayı çap olunub.

1news.az-ın verdiyi xəbərə görə, jurnalın bu sayına da respublikanın ictimai, mədəni, elmi həyatına dair rəsmi xronika, həmçinin incəsənət, tarix, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, elmi məqalələr, maraqlı tərcümə materialları daxil edilib.

Tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun “Naxçıvan diyarında misgərlik və zərgərlik sənətlərinin inkişaf tarixindən”,  sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədovanın “Azərbaycan Milli İncəsənət Muzeyinin xalça kolleksiyası”, Nurlan Nəsirovun “Elxani hökmdarı Keyxatu xanın kağız pul (çao) islahatı”, Sədulla Nuriyevin “Metropoliten Muzeyində Ağqoyunlu mədəniyyət nümunələri”, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun “Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl - sərkərdə və hökmdar” sərgisi”, Zəhra İslamovanın “XVIII əsr rus mənbələri Azərbaycan memarlığı haqqında”, Aysel Ümidin “Simvolların sirri”, Araz Qurnabovun “Rəmzlər nədən danışır?” kimi məqalələri tarixşünaslıq və sənətşünaslıq elmlərinin aktual problemlərinə həsr edilib.

Jurnal bu sayında da Azərbaycanın boyaq bitkiləri haqqında ənənəvi rubrikasını davam etdirir. Oxucular Mayis Qasımovun, Vidadi Muradovun və Tünzalə Qasımovanın Azərbaycan təbiəti üçün xarakterik olan südləyən bitkisi haqqında təcrübələr əsasında hazırladıqları məqalə ilə tanış ola bilərlər.

Filadelfiya İncəsənət Muzeyində saxlanılan qədim Azərbyacan xalçaları haqqında məlumatlar fotoşəkilləri ilə birlikdə təqdim edilib. “Kunstkamera: Rusiya mədəni irsinin salnaməsidir” məqləsində Rusiya Elmlər Akademiyasının Antropologiya və Etnoqrafiya Muzeyinin direktoru tarix elmləri doktoru Yuriy Çistov bu tarixi muzey haqqında maraqlı məlumatlarla çıxış edir, bu elm ocağının Azərbaycan elmi ictimaiyyəti ilə əlaqələrindən danışır.

Jurnalın baş redaktoru Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.               

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.