Xəbərlər

Azərbaycanda beynəlxalq və mütərəqqi standartlara uyğun yeni “sosial işçi” modelinin tətbiqi işləri aparılır
14 iyun, 2016 15:19

Bu model əsasında sosial xidmət işçilərinin peşəkarlığının artırılması üçün keçirilən təlimlərin iştirakçılarına sertifikatlar təqdim olunub

1news.az nazirliyin saytına istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Avropa İttifaqının “Sosial xidmətin inkişafı” adlı Tvinninq Layihəsinin əsas hədəflərindən biri də nazirliyin sosial xidmət işçilərinin peşəkarlıq səviyyələrinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun “sosial işçi” modeli əsasında  təkmilləşdirilməsidir. Bu məqsədlə Layihə çərçivəsində pilot rayonlar üzrə sosial xidmət işçiləri üçün təşkil olunan silsilə təlimlər artıq yekunlaşıb.

Bununla əlaqədar keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi üçün aparılan işlərin sosial xidmətlər sahəsini də əhatə etdiyini vurğulayıb. Nazir bildirib ki, “Sosial xidmətin inkişafı” Tvinninq Layihəsi çərçivəsində və Avstriyanın müvafiq dövlət qurumları ilə əməkdaşlıq müstəvisində sosial xidmətlər sisteminin mütərəqqi dünya praktikasına uyğunlaşdırılması üçün müvafiq işlər görülür: “Hazırda Nazirliyin  rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial xidmət işçiləri tərəfindən yalnız tənha ahıl və əlil şəxslərə səyyar formada xidmətlər göstərilir. Lakin qarşıda duran məqsəd əhalinin digər həssas kateqoriyalarının ilkin sosial xidmətlərə əlçatanlığının da təmin edilməsidir. Ona görə də ölkəmizdə  beynəlxalq və mütərəqqi standartlara uyğun yeni “sosial işçi” modelinin tətbiqi işləri aparılır”.

S.Müslümov bildirib ki, bu modeldə  həm sosial işin əhatə etdiyi şəxslərin kateqoriyaları, həm də bu işin funksional miqyası xeyli genişlənir: “Belə ki, sosial işin əhatə dairəsinə sosial müdafiəyə ehtiyacı olan insanlar, o cümlədən əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxslər, ahıllar, aztəminatlı ailələr, məişət zorakılığına məruz qalmış şəxslər, insan alverinin qurbanı olan şəxslər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər və b. daxildir. “Sosial işçi”  modeli həmin insanlara ilkin sosial xidmətlər göstərilməklə problemlərinin həlli istiqamətində dəqiq qərar qəbul edilməsini, sosial xidmətlərə əlçatanlığının təmin olunmasını, onların cəmiyyətə inteqrasiyasını, həmçinin sosial-psixoloji ehtiyaclarının müəyyənləşdirilməsini  və s. nəzərdə tutur”.

Nazir bu modelin tətbiqi üçün ilkin olaraq 4 pilot ərazinin (Bakı şəhərinin Xəzər rayonu, Gəncə şəhəri, Lənkəran və Xaçmaz rayonları) seçildiyini qeyd edib: “Bununla əlaqədar, həmin ərazilərdə çalışan əməkdaşlara qabaqcıl beynəlxalq təcrübənin öyrədilməsi, onların öz iş sahələrində nəzəri və təcrübi biliklərinin artırılması məqsədlə “Sosial xidmətin inkişafı” adlı Tvinninq Layihəsi çərçivəsində cari ilin aprel-iyun aylarında silsilə təlimlər təşkil olunub. Bu təlimlərə rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial xidmət işçiləri, Nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin, Nazirliyin  İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, ayrı-ayrı ali təhsil müəssisələrinin, müvafiq sahə üzrə QHT-lərin  nümayəndələri  cəlb olunub. Təlimlər “Təlim metodları və sistemli yanaşma”, “Məişət zorakılığı”, “Ahıllar”, “Cəza çəkməkdən azad edilmiş şəxslər”, “Ailələr və uşaqlar” mövzularında keçirilib.  Artıq başa çatan həmin təlimlər hesab edirəm ki, iştirakçıların müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmələrində əhəmiyyətli rol oynayıb”.

S.Müslümov bu istiqamətdə aparılan işlərin respublikanın bütün bölgələri üzrə sosial xidmət işçilərini əhatə edəcəyini də diqqətə çatdırıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard ötən dövrdə müvafiq iş sahələrində əldə olunan əməkdaşlıq təcrübəsinin hazırda sosial xidmətlər sahəsində də uğurla davam etməsindən məmnunluğunu bildirib. O, “Sosial xidmətin inkişafı” adlı Tvinninq Layihəsinin ölkəmizdə sosial xidmətlər  sisteminin mütərəqqi dünya təcrübəsinə əsasən təkmilləşdirilməsinə fəal dəstək verəcəyinə əminliyini bildirib. M.Mard yekunlaşan təlimlərin bu sahədə insan resurslarının inkişafına, sosial xidmət işçilərinin bilik və peşəkarlıq səviyyələrinin yüksəldilməsinə yönəldiyini diqqətə çatdırıb.

Daha sonra təlimlərin iştirakçılarına sertifikatlar təqdim edilib.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.