Lavrovla Kerri arasında Suriyadakı vəziyyətlə əlaqədar müzakirə olub
14 iyun, 2016 00:13
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Con Kerri arasında baş tutan telefon danışığında Suriyadakı vəziyyət müzakirə olunub.
1news.az TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bildirib.
“Söhbət zamanı Suriyada atəşkəs rejiminə ciddi əməl edilməsinin vacibliyi qeyd olunub. Ölkənin bir çox regionlarında atəşkəs mütəmadi olaraq pozulur. Dövlət katibi cənab Lavrovun nəzərinə çatdırdı ki, əksər hallarda atəşkəsi prezident Bəşər Əsədə sadiq qüvvələr tərəfindən pozulur. Bununla əlaqədar Kerri rəsmi Moskvadan Suriya rəhbərliyinə təzyiq göstərməyə çağırıb”, deyə M.Toner bildirib.
1news.az