Bu gün Ramazan ayının yeddinci günüdür.
1news.az-ın Qafqaz Müsəlmanları İdarəsinin yaydığı Ramazan təqviminə əsasən bü gün iftar vaxtı 20:28-nə təyin olunub.
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Yeddinci günün duası:
“Allahummə əinni fihi əla siyamihi və qiyamih və cənnibni fihi min həfvatişi və əsamih vərzuqni fihi zikrəkə bidəvamih bitovfiqikə ya hadiyəl-muzillin!”
Tərcüməsi:
“Allahım, mənə bu ayın orucunu tutmağa və ibadət edərək gecələrini oyaq qalmağa kömək et, bu ayda günah və büdrəmələrdən uzaqlaşdır, Səni davamlı zikr etməyi mənim ruzim et, istədiyini müvəffəq etməyinə хatir ey yolunu azmışların bələdçisi!”
Qeyd edək ki, sabah, Ramazan ayının səkkizinci günü üçün imsaq 03:08, iftar vaxtı isə 20:29 təyin edilib.
Allah bütün oruc tutanların orucunu qəbul etsin!
1news.az