Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən iyunun 13-də Füzuli, Ağdam və Tərtər rayonlarında 3 ev və həyətyanı sahə, 5 əkin sahəsi, 12 partlayış yerinə baxış keçirilib.
Agentlikdən 1news.az-a verilən məlumata görə, baxış zamanı Tərtər və Ağdamda 4 ədəd partlamamış hərbi sursat (2 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi və 2 ədəd 23 mm-lik zenit mərmisi) və 2 ədəd PMN-E piyada əleyhinə mina aşkar olunaraq götürülüb.
Gün ərzində 37 750 kv. m ərazi təmizlənib.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 13 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 598 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 526 ədəd partlamamış hərbi sursat, 13 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.