Xəbərlər

Gənclər və idman nazirliyi növbəti yay düşərgələrinə start verir
13 iyun, 2016 16:25

Gənclər və idman nazirliyinin təşkilatçılığı ilə 20 iyun – 04 iyul tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində (UİSM)  növbəti Yay düşərgələri  keçiriləcəkdir.

1news.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, düşərgədə ümumilikdə, 7-15 yaş arası  100 nəfər sosial müdafiəyə ehtiyacı olan uşaq və yeniyetmənin iştirakı nəzərdə tutulub.  

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi mütəmadi olaraq Nazirliyin nəzdində olan Bakı şəhəri Şüvəlan qəsəbəsindəki  yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində (UİSM) sosial müdafiəyə ehtiyacı olan uşaq və yeniyetmələrin sağlamlığının qorunması üçün fəsillər üzrə müxtəlif yönümlü düşərgələr təşkil edir. Düşərgələr sosial müdafiəyə ehtiyacı olanlara dövlət qayğısının daha da artırılması və onların asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə təşkil olunur.  

Məlumat üçün bildirək ki,  Respublika UİSM-də 2014-cü ildə ümumilikdə 530 nəfər, 2015-ci ildə 420 nəfər sosial müdafiəyə ehtiyacı olan uşaq və yeniyetmələr üçün düşərgələr təşkil edilib. Bundan başqa, Nazirlik tərəfindən respublikanın səfalı guşələrində - Lənkəran şəhəri və Quba, Xaçmaz, Göygol və Qax rayonlarında 2014-cü il iyun-iyul aylarında “Azərbaycan – doğma diyarımdır” adlı vətənpərvərlik yay istirahət düşərgələri təşkil edilmişdir. 1490 nəfər yeniyetmə və gənc  müxtəlif rayonlarda bu düşərgələrdə iştirak edib.

Eyni zamanda, bu ilin 20-27 mart tarixlərində 120 nəfər hemofiliyalı uşaq, yeniyetmə və onların ailə üzvləri üçün Respublika UİSM-də istirahət, müalicəvi idman və təlim kursları təşkil edilib.

1news.az

 

 

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.