Ötən gün İsmayıllı rayonunda baş vermiş təbii fəlakət nəticəsində avtomobil yollarına dəymiş ziyan aradan qaldırılır.
1news.az Trend-ə istinadən bildirir ki, bu barədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Qurum rəsmisi bildirib ki, hadisə nəticəsində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun hərəkət hissəsinə təbii fəlakət nəticəsində hər-hansı bir ziyan dəyməyib və avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir ciddi problem müşayət olunmayıb. Sözügedən yolun müəyyən hissələrində çiyin hissələr ( yol kənarlarında torpaq-çınqıl hissə ) güclü su axını nəticəsində yuyulub. Hazırda çiyinlərin bərpası istiqamətində işlər aparılır.
Bundan başqa güclü sel nəticəsində 5 kənd yolunda suötürücü borular və su keçidləri dağılıb. Həmin ərazilərdə də bərpa işləri davam etdirilir, insanların rahat gediş-gəlişini təmin etmək üçün müvəqqəti yol hissələri salınır.
1news.az