Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirir.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, imtahan Bakı şəhərində üç, Naxçıvan şəhərində bir binada təşkil olunub və saat 11:00-da başlanıb.
Cari ildə “Azərbaycan dili” fənni üzrə birinci imtahan mayın 1-də keçirilib. Həmin imtahanda 7.696 abituriyent iştirak edib, onlardan 6.476-sı imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiymət alıb.
Qəbul qaydalarına əsasən, mayın 1-də aparılmış imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyunun 12-də keçiriləcək “Azərbaycan dili” imtahanında iştirak imkanı verilib.
İmtahanda 1400-dən çox abituriyent iştirak edir. İmtahanın idarə olunması üçün 10 imtahan rəhbəri, 117 nəzarətçi müəllim ayrılıb.