Hacıqabulda zəlzələ olub
11 iyun, 2016 12:00
Şirvan şəhərindən 22 kilometr şimal-şərqdə Hacıqabul rayonunda 3.1 bal gücündə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, yerli vaxtla saat 21:32-də qeydə alınan yeraltı təkanın episentri Hacıqabulda, ocağı isə 22 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.