Azərbaycan Respublikasının Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşəbbüsü ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın başlıca sektorları üzrə strateji yol xəritəsi"nin Yevlax şəhərində ictimai müzakirəsi təşkil edilmişdir.
İctimai müzakirələrdə Yevlax rayonu ilə yanaşı Mingəçevir şəhəri,Ucar,Ağdaş və Bərdə rayonlarının ictimaiyyət nümayəndələri fəal iştirak etmişlər.
Tədbirdə Yevlax rayon icra hakimiyyətinin başçısı Qoca Səmədov,İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı,Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılıov,Mərkəzi Bankın İdarə Heyyətinin sədrinin birinci müavini Alim Quliyev və ADA Universitetinin prorektoru Emin Hüseynov məruzə ilə çıxış etmişlər.
Sonra bölgə sahibkarları,ziyalılar və ictimaiyyət nümayəndələri Milli iqtisadiyyət və iqtisadiyyətin başlıca sektorları üzrə strateji yol xəritəsinin vacibliyini vurğulamaqla təkliflərini bildirmişlər.
1news.az