Xəbərlər

Əmbil gölünün ətrafını çirkləndirənlər cərimə ediləcəklər
10 iyun, 2016 10:52

Azərbaycanın ən gözəl göllərindən birinin ətraf əraziləri insanlar tərəfindən çirkləndirilib.

1news.az-ın məlumatına görə, Şabran rayonunun Zeyvə kənd sakinləri Vüsal Bayramov, Mehrab Mehrabov və İlkin Qurbanovdan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Nazirliyin yanında yaradılmış İctimai Ekoloji Şuranın üzvlərinə kəndin ərazisində yerləşən Əmbil gölünün ətrafının və ona bitişik sahələrin böyük turist qrupları tərəfindən fasiləsiz olaraq müxtəlif tullantılarla çirkləndirilməsi ilə bağlı şikayət məktubu daxil olub.

Kənd sakinlərinin şikayət məktubu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin və “Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Azərbaycan üzrə Meşə Proqramı”nın əlaqələndiricisi Azər Qarayevin, “Hüquqi Düşüncə” İctimai Birliyinin sədri Samir İsayevin və  şikayətçilərin birgə iştirakı ilə yerində araşdırılıb.

Aparılan araşdırma zamanı Əmbil gölünün ətrafının və ona yaxın meşə ərazilərinin antisanitariya vəziyyətində olması, çoxsaylı məişət tullantıları ilə zibillənməsi, insanların təbii ehtiyaclarından irəli gələn bioloji tullantılarla çirkləndirilməsi, qadağan olunmuş ərazilərdə tonqal qalanması kimi meşə mühitinə və bütövlükdə ekosistemə birbaşa mənfi təsir göstərən faktlar qeydə alınıb.

Kənd sakinlərinin dediklərinə görə, buna səbəb son vaxtlar bu əraziyə kortəbii halda, turist adı ilə kütləvi şəkildə gələnlərin təbii mühitdən istifadənin normalarına riayət etməmələri olub.

Faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən akt tərtib olunaraq təqsirkarların müəyyənləşdirilməsi üçün Şabran rayon Polis Şöbəsinə məktub göndərilib.

Təqsirkar şəxslər müəyyənləşdikdən sonra İnzibati Xətalar Məcəlləsinin 266.1 maddəsinə əsasən fiziki və hüquqi şəxs qismində inzibati qaydada 700 manatdan 8500 manatadək cərimə ediləcəklər.

Qeyd edək ki, ETSN-nin əməkdaşlarının və QHT nümayəndələrinin iştirakı ilə Əmbil gölünün ətrafı və ona bitişik sahələr tullantılardan təmizlənərək əvvəlki vəziyyətinə gətirilib, eyni zamanda ərazidə yeni xəbərdaredici və maarifləndirici lövhələr quraşdırılıb və ərazi Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.