Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun təsdiqlənməsi haqqında sərəncam imzalayıb.
1news.az president.az saytına istinadən xəbər verir ki, sərəncamda bildirilir:
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası gəlirlər 17 497 964,7 min manat, xərclər 17 784 535,2 min manat məbləğində olmaqla təsdiq edilsin.
Maddə 2. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin gəlirlər və xərclər üzrə göstəriciləri aşağıdakı kimi qəbul edilsin:
Sıra №-si |
Göstəricilər |
Məbləğ (manatla) |
---|---|---|
|
Gəlirlər |
17 497 964 701 |
1. |
Fiziki şəxslərin gəlir vergisi |
982 487 013 |
2. |
Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi |
2 211 101 220 |
3. |
Hüquqi şəxslərin torpaq vergisi |
48 674 092 |
4. |
Hüquqi şəxslərin əmlak vergisi |
148 206 556 |
5. |
Əlavə dəyər vergisi |
3 454 656 588 |
5.1. |
Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi |
1 101 155 339 |
6. |
Sadələşdirilmiş vergi |
168 032 718 |
7. |
Aksiz |
647 753 012 |
7.1. |
Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksiz |
83 588 728 |
8. |
Yol vergisi |
79 751 975 |
8.1. |
Xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi |
19 783 562 |
9. |
Mədən vergisi |
116 148 841 |
10. |
Gömrük rüsumları |
387 379 795 |
11. |
Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar |
183 758 280 |
12. |
Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar |
18 625 605 |
13. |
Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər |
608 000 |
14. |
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan daxilolmalar |
8 130 000 000 |
15. |
Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar |
7 606 783 |
16. |
Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar |
7 491 923 |
17. |
Aksiz markalarının satışından daxilolmalar |
4 112 071 |
18. |
Dövlət rüsumu |
94 743 245 |
19. |
Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar |
202 202 634 |
20. |
Sair vergi daxilolmaları |
179 969 082 |
21. |
Sair daxilolmalar |
424 655 268 |
21.1. |
2015-ci ildə xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə yaranan fərq məbləği |
358 774 875 |
|
Xərclər |
17 784 535 212 |
1. |
Ümumi dövlət xidmətləri |
1 773 057 894 |
1.1. |
qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri |
430 871 813 |
1.2. |
beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri |
162 169 752 |
1.3. |
elm xərcləri |
113 178 802 |
1.4. |
başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri |
59 473 375 |
1.5. |
dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər |
704 476 792 |
1.6. |
yerli büdcələrə (bələdiyyələrə) verilən dotasiya |
5 187 360 |
1.7. |
Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya |
297 700 000 |
2. |
Müdafiə |
1 700 834 206 |
2.1. |
müdafiə qüvvələri |
1 575 566 643 |
2.2. |
milli təhlükəsizlik |
119 712 095 |
2.3. |
müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar |
2 525 512 |
2.4. |
digər kateqoriyalara aid edilməyən xərclər |
3 029 956 |
3. |
Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq |
1 105 675 201 |
3.1. |
məhkəmə hakimiyyəti |
47 302 127 |
3.2. |
hüquq mühafizə |
881 542 637 |
3.3. |
Prokurorluq |
57 572 016 |
3.4. |
digər kateqoriyalara aid edilməyən xidmətlər |
119 258 421 |
4. |
Təhsil |
1 605 125 740 |
4.1. |
məktəbəqədər təhsil |
152 212 775 |
4.2. |
ümumi təhsil |
866 925 328 |
4.3. |
ilk-peşə ixtisas təhsili |
26 589 333 |
4.4. |
orta ixtisas təhsili |
35 794 049 |
4.5. |
ali təhsil |
169 920 197 |
4.6. |
əlavə təhsil |
3 271 927 |
4.7. |
təhsil sahəsində digər müəssisə və tədbirlər |
350 412 131 |
5. |
Səhiyyə |
708 193 375 |
5.1. |
poliklinikalar və ambulatoriyalar |
99 435 083 |
5.2. |
xəstəxanalar |
325 031 187 |
5.3. |
səhiyyə sahəsində digər xidmətlər |
5 889 476 |
5.4. |
səhiyyə sahəsində tətbiqi tədqiqatlar |
4 118 423 |
5.5. |
səhiyyə sahəsinə aid edilən digər xidmətlər |
273 719 206 |
6. |
Sosial müdafiə və sosial təminat |
1 857 211 180 |
6.1. |
sosial müdafiə xərcləri |
1 829 631 016 |
6.1.1. |
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən ayırmalar (transfert) |
1 100 000 000 |
6.2. |
sosial təminat xərcləri |
27 580 164 |
7. |
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət |
272 359 307 |
7.1. |
mədəniyyət və incəsənət sahəsində fəaliyyət |
129 757 207 |
7.2. |
radio, televiziya və nəşriyyat |
66 602 036 |
7.3. |
bədən tərbiyəsi, gənclər siyasəti və turizm |
36 105 235 |
7.4. |
digər kateqoriyalara aid edilməyən fəaliyyət |
39 894 829 |
8. |
Mənzil və kommunal təsərrüfatı |
395 909 444 |
8.1. |
mənzil təsərrüfatı |
75 184 511 |
8.2. |
kommunal təsərrüfatı |
269 947 005 |
8.3. |
su təsərrüfatı |
14 922 570 |
8.4. |
mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər |
35 855 358 |
9. |
Yanacaq və enerji |
3 953 169 |
10. |
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi |
547 620 156 |
10.1. |
kənd təsərrüfatı |
523 203 094 |
10.2. |
meşə təsərrüfatı |
11 401 821 |
10.3. |
balıqçılıq və ovçuluq |
2 475 372 |
10.4. |
ətraf mühitin mühafizəsi |
3 916 033 |
10.5. |
hidrometeorologiya tədbirləri |
6 623 836 |
11. |
Sənaye, tikinti və faydalı qazıntılar |
5 002 536 153 |
11.1. |
sənaye |
1 487 200 |
11.2. |
tikinti |
4 988 660 392 |
11.2.1. |
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) |
4 987 461 624 |
11.3. |
faydalı qazıntılar |
12 388 561 |
12. |
Nəqliyyat və rabitə |
119 414 791 |
12.1. |
nəqliyyat |
77 175 656 |
12.2. |
rabitə |
42 239 135 |
13. |
İqtisadi fəaliyyət |
339 362 023 |
13.1. |
iqtisadi və kommersiya fəaliyyəti |
201 619 852 |
13.1.1. |
sahibkarlığa dəstək |
151 619 852 |
13.1.2. |
ipotekaya dəstək |
50 000 000 |
13.2. |
iqtisadi fəaliyyətin digər sahələri |
137 742 171 |
14. |
Əsas bölmələrə aid edilməyən xidmətlər |
2 353 282 573 |
14.1. |
məqsədli büdcə fondları |
450 000 000 |
14.1.1. |
“Avtomobil Yolları” Məqsədli Büdcə Fondu |
290 000 000 |
14.1.2. |
“Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu” |
160 000 000 |
14.2. |
ehtiyat fondları |
449 899 114 |
14.2.1. |
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu |
227 972 594 |
14.2.2. |
Dövlət büdcəsinin Ehtiyat Fondu |
221 926 520 |
14.3. |
əsas bölmələrə aid edilməyən sair xərclər |
1 453 383 459 |
14.3.1. |
xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər |
1 270 530 410 |
14.3.2. |
beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər |
18 276 618 |
14.3.3. |
fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər |
24 027 668 |
14.3.4. |
digər xidmətlər üzrə xərclər |
140 548 763 |
|
Büdcə kəsiri |
286 570 511 |
|
2016-cı il 1 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı |
1 433 928 000 |
Maddə 3. 2015-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq (sərbəst qalıq) 2016-cı il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldilsin.
1news.az