Mərkəzi İstanbulda yerləşən “ErasmusInn” əməliyyat şəbəkəsi bütün dünyada sürətlə genişlənir. Avropanın 12 müxtəlif şəhərində aktiv olan veb sayt bu günə qədər 15 000 tələbəni evlə təmin edib. “ErasmusInn” yeni hədəfi Azərbaycandır.
Azərbaycan bazarına çıxarılışı saytının banisi Can Köseoğlunun ölkəyə dəvətilə başladı.
“Biz fəaliyyətimizi yüzlərlə təhsil müəssisəsi və universitetlərlə razılıq imzalayaraq genişləndirmişik. Azərbaycanda da bu ənənəyə sadiq qalacağıq”, - bu yaxınlarda Azərbaycana gələcək Can Köseoğlu bildirib.
Şirkət artıq ixtisaslaşmış əməkdaşların axtarışı ilə bağlı fəaliyyətə başlayıb. 13-17 iyun tarixlərində Bakıda hər iki ölkənin gənclərinin ev probleminin aradan qaldırılması ilə bağlı sazişlər də imzalanacaq.
Qeyd edək ki, “ErasmusInn”1400 növdən çox dünyanın onlarla ölkəsində yaşayış yeri təqdim edir. Eyni zamanda “ErasmusInn” ev sahibi ilə tələbəni birləşdirən ilk paltformadır. “ErasmusInn”-in rəqibləri arasında fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, burada Facebook-da işarələnmə, internetlə ev sahiblərinin və ödənişin təhlükəsiz proqram vasitəsilə təminatını həyata keçirməkdir.
www.erasmusinn.com saytı vasitəilə tələbələr hər hansı bir ölkəyə getmədən öncə ev haqqında hər bir məlumatı dəqiqləşdiridikdən sonra onu bron edə bilərlər. “ErasmusInn” ilk ayın icarəsini tələbədən alaraq onun evə köçməsindən 48 saat sonra ev sahibinə ödəyir.
“ErasmusInn” növbəti yeniliyi ondan ibarətdir ki, ev sahibi internet vasitəsilə ödənişi əldə edə bilir. Beləcə tələbə ödənişi innetnet vasitəsilə etdiyi üçün aldanılmaq şansı da sıfıra enir.
“ErasmusInn”-in yeganə xidməti ev kirayəsi deyil. Eyni zamanda, Türkiyənin və Avropanın bir sıra nöqtələrində universitetlərə yaxın müqaviləsi olan yataqxanlarda kirayə otaq əldə etmək imkanını da təklif edir.