Azərbaycan dövlət başçısı Portuqaliya prezidentini təbrik edib
09 iyun, 2016 18:34
Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Marselo Rebelo de Susaya təbrik məktubu göndərib.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda bildirilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Portuqaliya günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
1news.az