Xəbərlər

Toyota Bakı Mərkəzi Qafqaz regionu üzrə “İçiban” mükafatının qalibi oldu
08 iyun, 2016 12:15

Toyota avtomobil konserninin Avropa nümayəndəliyi olan “Toyota Motor Europe” bu ilin may ayında İtaliyanın paytaxtı Roma şəhərində keçirilən tədbirlə “İçiban” mükafatlarını öz sahiblərinə təqdim etdi.

Toyota-nın “ilk növbədə müştəri” prinsipi bu mükafatlandırmada da əsas ölçü olaraq götürülmüş və bu prinsiplə 34 Avropa bazarı üzrə önə çıxan 46 satış nöqtəsi nümayəndəliyi nümunəvi xidmətlərinə görə mükafatlandırılıb. Toyota Bakı Mərkəzi Qafqaz regionu üzrə “İçiban” mükafatının qalibi seçilib.

Sayca onuncu olan “İçiban” mükafatlandırmasında dəyişiklik edilərək “müştəri məmnuniyyəti” prinsipindən  “müştəri tövsiyəsi” prinsipinə keçilib. Yeni fəlsəfənin əsasında hər bir müştəriyə fərdi yanaşma və onun istək və tövsiyələrinin maksimal dərəcədə nəzərə alınması durur.

Tədbirdə çıxış edən “Toyota Motor Europe” şirkətinin rəhbəri Dr. Yohan van Zil bunları qeyd etdi:

“Bizim məqsədimiz sadəcə insanların qəlbində və ağlında Nömrə 1 olmaq deyil. Biz həm də istəyirik ki, müştərilərimiz satış nöqtələrində çalışan hər bir insanın qəlbində və ağlında Nömrə 1 olsun. Toyota mərkəzlərində çalışanlar satış statistikasının artırılması üçün deyil, hər bir müştəri ilə birə-bir münasibətlərin qurulması üçün işləyirlər.”

Xatırladaq ki, 2006-cı ildən rəsmi diler kimi fəaliyyət göstərən Toyota Bakı Mərkəzi keçən il də Qafqaz regionu üzrə eyni adlı mükafatın sahibi olub.

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.