Xəbərlər

MAKE YOUR DEBUT! SOCAR futbol üzrə Avropa Çempionatının yeni oyunçularını dəstəkləyir
08 iyun, 2016 13:09

SOCAR ilk dəfə olaraq Fransada iyunun 10-da keçiriləcək futbol üzrə Avropa Çempionatının sponsoru olacaq. Çempionatın əsas məqsədi turnir debütantlarını dəstəkləyərək əməkdaşlığın tamamilə yeni konsepsiyasını təqdim etməkdir.

Kampaniya “Make Your Debut” (Öz debütünü et) adını qazanıb.

1news.az-ın verdiyi xəbərə görə, beləliklə SOCAR Avro-2016-nın yeni oyunçularına – komanda, bu idman növünün həvəskarlarına özünəməxasus tərzdə ismarış göndərərək ilk dəfə olaraq idman bayramından həzz almağa imkan verir.        

Bundan əlavə, SOCAR Avropa Çempionatının rəsmi sponsoru olaraq makeyourdebutsocar.com saytı vasitəsilə izlənə biləcək.

Layihənin Facebook sosial şəbəkəsində öz səhifəsi də var –  facebook.com/socarmakeyourdebut

Artıq saytda maraqlı statistika ilə tanış olmaq mümkündür.

Misal üçün, statistik məlumatlara görə, turnirin ən parlaq debütantı Polşa yığması və Münhen “Bavariya”sından olan bombardir Robert Levandovskidir ki, o, seçmə mərhələsində rəqiblərinin qapısından 13 top keçirib. Bu göstəriciyə əsasən o, Zlatan İbrahimoviç və Tomas Müller kimi nəhəngləri irəliləyib.

Debütant yığmalar arasında Albaniya, Slovakiya, Uels, Şimali İrlandiya və İslandiya yığmalarının timsalında qara oyunçulara bənzətmək olar ki, onlar oyunu öz güclü rəqiblərinə verməyə hazırdır.

Qeyd edək ki, UEFA ilə SOCAR arasında sponsorluq razılaşması 2013-cü ildə elan edilib. Bu razılaşmaya əsasən, şirkət UEFA-nın milli komanda yarışlarının, həmçinin bu ilin yayında Fransada keçiriləcək futbol üzrə Avropa Çempionatının, eləcə də onun seçmə turlarının, Avropada 2018-ci ildə keçiriləcək Dünya Çempionatı ixtisaslaşmasının, ölkəmizdə bu yaxınlarda keçirilmiş futbol üzrə Avropa Çempionatı U-17-nin və bir sıra yarışların rəsmi sponsoru oldu.

SOCAR-dan əlavə, Coca Cola, Adidas, McDonald’s, Hyundai/Kia, Continental, Orange, Turkish Airlines, Hisense və Carlsberg də turnirin sponsorlarıdır.

SOCAR-ın bu razılaşmanı imzalaması şirkət brendinin Avropa bazarında irəliləməsinin vacibliyi, həmçinin şirkətin investisiya portfeli və onun inkişafına istiqamətlənmiş Avropda həyata keçiriləcək irimiqyaslı layihələrlə bağlıdır.

SOCAR-ın gənclər və idmanı dəstəkləməsi çoxdandır ki, məşhurdur.

Şirkət Azərbaycanda bir sıra təhsil müəssisələri ilə portnyorluq edir. Eləcə də, təhsil proqramı üzrə istedadlı gənclərə maliyyə dəstəyi də göstərir.

SOCAR uzun illərdir ki, Azərbaycan Futbol Federasiyası Asossiasiyası və Dzüdo Federasiyasını dəstəkləyir. Şirkət müxtəlif idman tədbirlərinin, həmçinin 2015-ci ilin yayında Bakıda keçirilmiş Birinci Avropa oyunlarının tərəfdaşı olub.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.