Rumıniya prezidenti Klaus İohannis 28 May – Respublika günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:
“Cənab Prezident.
Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi çatdırmaqdan, Sizə və Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulamaqdan böyük məmnunluq duyuram.
Rumıniya ilə Azərbaycan bir-birinə ənənəvi dostluq münasibətləri ilə sıx bağlıdır. İnanıram ki, biz birlikdə Strateji Tərəfdaşlıq Proqramı və onun həyata keçirilməsi üçün nəzərdə tutulan Fəaliyyət Planı çərçivəçində bütün sahələrdə Rumıniya və Azərbaycan arasında əməkdaşlıq imkanlarının hərtərəfli öyrənilməsinə töhfə verəcəyik.
Cənab Prezident, xahiş edirəm, Sizə olan yüksək ehtiramımı qəbul edin”.
Qeyd edək ki, Lüksemburqun böyük hersoqu Anri, Nepalın prezidenti Bidya Devi Bhandari, Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani də Prezident İlham Əliyevə oxşar təbrik məktubları ünvanlayıblar.
1news.az