Bu gün on bir ayın sultanı - Ramazan ayının ilk günüdür.
1news.az-ın Qafqaz Müsəlmanları İdarəsinin yaydığı Ramazan təqviminə əsasən bü gün iftar vaxtı 20:25-ə təyin olunub.
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Birinci günün duası:
“Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin”.
Tərcüməsi:
“İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsil gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan!”
Qeyd edək ki, sabah, ramazan ayının ikinci günü üçün imsaq 03:10, iftar vaxtı isə 20:25 təyin edilib.
Allah bütün oruc tutanların orucunu qəbul etsin!
1news.az