Xəbərlər

Dərbənddə Azərbaycan və Dağıstan alimlərinin görüşü keçirilib
06 iyun, 2016 18:13

Dərbənd Tarixi-Memarlıq Bədii Muzey Qoruğunda Azərbaycan və Dağıstan alimlərinin görüşü keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, görüşdə Azərbaycan Milli Elmlər Akademiyası, “Azər-İlmə” Xalçaçılıq Mərkəzi və Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun birgə həyata keçirdiyi “Dərbənd xalçaçılığı” fundamental elmi layihəsinin nəticələri müzakirə edilib. 

Layihənin rəhbəri və təşəbbüskarı “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin direktoru, Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradov çıxış edərək tədbir iştirakçılarını layihənin prinsipləri, gedişatı, aparılan ekspedisiya-çöl tədqiqatları haqqında məlumatlandırıb.

Alim qeyd edib ki, layihənin nəticələri “Dərbənd xalçaçılığı: mədəniyyətlərin müştərək tarixi” («Дербентское ковроткачество: соистория культур»)  kitabında öz əksini tapıb. Kitaba Dərbədin xalçaçılıq ənənələrindən – xalçalarından, onların bədii-texnoloji xüsusiyyətlərindən, xalçaçılarından, boyaqçılarından, tacirlərindən bəhs edən materiallarla yanaşı, bu qədim şəhərin tarixinə, etno-mədəni mühitinə, burada inkişaf etmiş ayrı-ayrı sənət sahələrinə dair maraqlı oçerklər, arxiv materailları, o cümlədən rəngarəng fotoşəkillər də daxil edilib.

Layihə çərçivəsində Rusiyanın Şərq xalqlarının incəsənəti Dövlət Muzeyi, Dövlət Tarix Muzeyi, Etnoqrafiya Muzeyi, Antropologiya və Etnoqrafiya Muzeyində, Dövlət Ermitajında və s. kimi məşhur muzeylərində qorunan Dərbənd bölgəsində toxunan qədim xalçalar da tədqiqata cəlb olunub.

Dağıstan Elmi Mərkəzinin  Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru tarix elmləri namizədi Mahaç Musayev, tarix elmləri doktorları Camal Mustafayev, Məhəmmədxan Məhəmmədxanov, Nazim Məhəmmədov, tarix elmləri namizədləri Emil Kərimov, Qoşqar Qoşqarlı, Şərafəddin Məhərrəmov, filologiya elmləri doktoru Tehran Alışanlı, Dərbənd Tarixi-Memarlıq Bədii Muzey Qoruğunun direktoru Əli İbrahimov və digərləri öz çıxışlarında layihənin aktuallığını qeyd edərək, onu  Azərbaycan və Dağıstan alimlərinin ilk birgə nailiyyəti kimi yüksək dəyərləndirdilər.

Görüşdə layihənin nəticələrinin təbliği, beynəlxalq miqyasda işıqlandırılmasına dair məsələlər, Dərbənd şəhərinin iqtisadi, ticari,  mədəni, sosial tarixinin öyrənilməsində Azərbaycan və Dağıstan alimlərinin birgə fəaliyyət perspektivləri müzakirə edildi, həmçinin “Dərbənd xalçaçılığı: mədəniyyətlərin müştərək tarixi” kitabının siqnal buraxılışına dair rəy və təkliflər səsləndirildi.     

Tədbirdə Dərbənd şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar, KİV-nin nümayəndələri iştirak edirdilər.    

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.