Xəbərlər

Şirvan Milli Parkında yanğın olub
06 iyun, 2016 17:01

İynun 5-də saat 15:00 radələrində Şirvan Milli Parkının ərazisində yerləşən “Salyan Oil” şirkətinin istifadəsində olan sahədə yanğın hadisəsi baş verib.

1news.az-ın məlumatına görə, yanğın Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin yerli qurumlarının əməkdaşlarının səyləri nəticəsində qısa müddət ərzində  söndürülüb. Yanğın zamanı təxminən 2 hektara yaxın sahənin quru ot və kol örtüyü yanıb, milli parkın təbii ehtiyatlarına ciddi ziyan dəyməyib.

İlkin ehtimala görə yanğına səbəb “Salyan Oil” şirkəti tərəfindən təhlükəsizlik qaydalarına ciddi əməl olunmaması nəticəsində neft quyularına gedən yüksək gərginlikli elektrik xəttində yaranan qısaqapanma olub.

Yanğının yaxınlıqda olan istirahət mərkəzinə keçməsinin qarşısının alınmasına dair məlumatla bağlı bildiririk ki, həmin ərazinin yaxınlığında heç bir istirahət mərkəzi mövcud deyil, ən yaxınlıqda olan Kürsəngi kəndi isə yanğın baş vermiş ərazidən 10 kilometr uzaqlıqda yerləşir. Ərazidə yalnız “Salyan Oil” şirkətinə məxsus neft quyuları fəaliyyət göstərir.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.