Xəbərlər

Qazaxıstanda dövlət çevrilişi etməkdə şübhəli bilinən yüksək vəzifəli məmur və hərbçilər saxlanılıb
06 iyun, 2016 15:50

Qazaxıstanda bir qrup yüksək vəzifəli məmur və hərbçi hakimiyyəti ələ keçirmək cəhdində şübhəli bilinərək saxlanılıb.

1news.az –ın  “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin məlumatında deyilir.

Şübhəli şəxslər arasında Qazaxıstan baş prokurorunun keçmiş birinci müavini, Konstitusiya Şurasının keçmiş üzvü, ikinci dərəcəli dövlət ədliyyə müşaviri İlyas Baxtıbayev və Cənubi Qazaxıstan vilayətinin daxili işlər departamentinin keçmiş rəisi general-mayor Doskaliyevin adı var.

Saxlanılan şəxslər istintaq təcridxanasına salınıb.  Araşdırma davam etdirilir.

Bu arada məlum olub ki, ötən gün Qazaxıstanın Aktobe şəhərində baş vermiş terror aktı zamanı ölənlərin sayı 17 nəfərə çatıb. Daxili İşlər Nazirliyinin dövlət dili və informasiya departamentinin direktoru Almas Sadubayevin məlumata görə, onlardan üçü yerli sakin, üçü hərbçi, 11 nəfər isə ekstremistdir.

O bildirib ki, ekstremistlər əvvəlcə silah mağazasına hücum ediblər. Onlar satıcını öldürüb, mühafizə xidməti əməkdaşının birini güllələyib, digərini isə yaralayıblar. Sonra 3 polis əməkdaşı yaralanıb. Mağazaya hücum edənlər 17 odlu silah, 3 qaz tapançası, güllə və bıçaqlar götürüblər. Bundan sonra ekstremistlərin bir hissəsi digər silah mağazasına hücum edib. Hücum zamanı müştərilərdən biri öldürülüb. Digər ekstremistlər ələ keçirdikləri avtobusla hərbi hissənin darvazasını qırıblar. Sonra orada Milli Qvardiyanın döyüşçüləri ilə döyüş olub. Atışma zamanı 3 hərbçi ölüb.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.