Xəbərlər

Bu il əlilliyi olan şəxslər 14 mindən çox reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib
03 iyun, 2016 12:26

Cari ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin reabilitasiya vasitələri və protez-ortopedik məmulatlarla təminatı işlərini davam etdirib.

1news.az-ın məlumatına görə, ötən dövrdə  nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslərə 900 ədəd əlil arabası verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 64,5 faiz çoxdur. 

Əlilliyi olan şəxslər həmçinin 385 ədəd aşağı ətraf protezi, 519 ədəd aşağı ətraf ortezi, 793 ədəd dirsəkaltı ağac, 389 ədəd dördayaqlı dayaq vasitəsi, 337 ədəd bel və boyun nahiyəsi üçün korset, 1832 cüt ortopedik ayaqqabı, 1296 protez ayaqqabı, 283 ədəd eşitmə aparatı, 3580 ədəd müxtəlif reabilitasiya vasitəsi, 1095 ədəd əsa və s. ilə təmin olunublar. Onlara məxsus 396 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatın isə təmiri işləri aparılıb.

Ümumilikdə cari ilin yanvar-may aylarında əlilliyi olan şəxslərin ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,9 faiz çox, yəni 14039 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təminatı həyata keçirilib. 

Son 5 ayda Mərkəzin və  onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 317 nəfər əlilliyi olan şəxs reabilitasiya xidmətləri göstərilib.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.