Xəbərlər

Dövlət Komitəsi Binəqədi rayonunda konfrans keçirib - FOTO
03 iyun, 2016 17:45

İyunun 3-də Binəqədi rayonunda “Dini radikallığa və ekstremizmə qarşı effektiv mübarizə yolları” adlı konfrans keçirilib.

1news.az Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, RİH başçısı Aparatının şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, AMEA-nın Fəlsəfə İnstitunun Multikulturalizm şöbəsinin müdiri Elsevər Səmədov, “Bizim Nəsil” İB-nin sədri Nurəddin Mehdiyev, rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, İctimai Şuranın sədri Aslan Mehdiyev, Binəqədi rayon Polis İdarəsinin nümayəndəsi, rayonun orta ümumtəhsil müəssisələrinin ictimai fənləri tədris edən müəllimləri, psixoloqlar və gənclər, dini icma rəhbərləri iştirak ediblər.

Tədbirdə Azərbaycanda tolerantlıq mühiti, radikal dini cərəyanların, ekstremizmin təbliğatında gəncləri özünə cəlb edən cəhətlər və buna qarşı profilaktik tədbirlər- radikal dini qrupların təbliğatına qarşı dini icmalarla, dövlət orqanları və vətəndaş cəmiyyətinin səylərinin birləşdirilməsi, radikallığa qarşı mübarizədə düzgün maarifləndirmə işinin təşkili məsələləri müzakirə olunub.

“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyevin aparıcısı olduğu konfransda AMEA Fəlsəfə İnstitutunun Multikulturalizm şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov geniş məruzə ilə çıxış edib. 

Məruzədən sonra tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov çıxış edərək, dini radikalizm və onun fəsadlarına qarşı dövlətimiz tərəfindən aparılan mübarizə tədbirləri haqqında məlumat verib. Görülən tədbirlər çərçivəsində dini maarifləndirməyə xüsusi önəm verildiyi vurğulandı.

Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov isə öz nitqində bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəldilmiş pozuculuq fəaliyyətlərindən bəhs edərək, dövlətimizin bu kimi neqativ halların qarşısını almağa qadir olduğunu bildirib.

Daha sonra məruzə ətrafında rayon din xadimləri, ziyalıları və fəal gəncləri tərəfindən müzakirələr davam etdirilib.

Konfransın sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan və dini radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi həyata keçirilib.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.