Xəbərlər

Türkiyənin baş nazirinin rəsmi qarşılanma mərasimi olub
03 iyun, 2016 14:44

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının baş naziri Binəli Yıldırımın iyunun 3-də rəsmi qarşılanma mərasimi olub.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyənin baş nazirinin şərəfinə Fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyənin baş naziri Binəli Yıldırımı və xanımı Semiha Yıldırımı qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyənin baş nazirinə raport verdi.

Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Prezident İlham Əliyev və baş nazir Binəli Yıldırım fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Baş nazir Binəli Yıldırım Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri baş nazir Binəli Yıldırıma, Türkiyə nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və baş nazir Binəli Yıldırımın qarşısından keçdi.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, Türkiyənin baş naziri Binəli Yıldırım və xanımı Semiha Yıldırım rəsmi foto çəkdirdilər.

1news.az

 

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.