Xəbərlər

Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə dolu yağacaq
03 iyun, 2016 13:21

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyun ayının 4-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.  Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-21, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 4-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dağlıq ərazilərdə dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, iyunun 4-5-də Abşeron yarımadasında meteoroloji amillərin əsasən normal sutkalıq gedişi meteohəssas insanlar üçün  əlverişlidir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.