Xəbərlər

Malena Mard: ““Asan Viza” sayəsində Aİ ölkələrindən Azərbaycana gələn turistlərin sayı artacaq”
02 iyun, 2016 11:57

“Prezident İlham Əliyevin Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında imzaladığı fərmanı alqışlayırıq”.

1news.az-ın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Bu fərmanın çox böyük əhəmiyyətə malik olduğunu deyən Aİ təmsilçisi bildirib ki, adıçəkilən fərman Aİ ölkələrindən Azərbaycana turist axının çoxalmasına şərait yaradacaq:

“Bildiyiniz kimi, bu yaxınlarda Avropa İttifaqı-Azərbaycan biznes forumu keçirilib. Forumda qeyd olunan məsələlərdən biri də viza prosedurlarının sadələşdirilməsi idi. Hesab edirəm ki, bu baxımdan “ASAN Viza” böyük uğur gətirəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün “ASAN Viza” sistemini yaratmalı və onun idarə olunmasını təmin etməlidir. “ASAN Viza” sistemi haqqında əsasnamənin layihəsi bir ay müddətində hazırlanıb Azərbaycan prezidentinə təqdim olunmalıdır.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.