Xəbərlər

İnam Kərimov: “Yaxın müddətdə “ASAN Viza” sisteminin tətbiqinə başlanılacaq”
02 iyun, 2016 11:43

Yaxın günlərdə Azərbaycanda “ASAN Viza” sisteminin tətbiqinə başlanılacaq.

1news.az-ın məlumatına görə, bununla bağlı təşkil olunan tədbirdə məlumat verən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, “ASAN Viza” sisteminin yaradılması ilə bütün vizaların alınması vahid portal vasitəsilə həyata keçiriləcək.

Əcnəbi vətəndaşlar Azərbaycana gəlmək istədikləri təqdirdə “ASAN Viza” portalına müraciət edəcəklər. Ora bütün sənədlər, zəruri informasiyalar təqdim olunacaq. Heç bir dövlət və özəl quruma müraciət etmədən onlayn qaydada viza əldə ediləcək.

İ.Kərimov qeyd edib ki, Xarici İşlər Nazirliyi tərəfindən elektron viza ala biləcək ölkələrin siyahısı müəyyənləşdiriləcək:

“Siyahısı müəyyən edilən ölkələrin vətəndaşlarına elektron viza veriləcək. Əlbəttə digər viza alma prosedurları də öz qüvvəsində qalır. “ASAN Viza”nın verilməsi 3 gün ərzində həyata keçiriləcək və bu prosesə Xarici İşlər Nazirliyi tərəfindən diqqət yetiriləcək”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün “ASAN Viza” sistemini yaratmalı və onun idarə olunmasını təmin etməlidir. “ASAN Viza” sistemi haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlanıb Azərbaycan prezidentinə təqdim olunmalıdır.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.