Xəbərlər

İlham Əliyev diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı sərəncam imzalayıb
02 iyun, 2016 19:03

Prezident İlham Əliyev Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla həmvətənimizi ümumi məqsəd və vahid amal ətrafında birləşdirən milli məfkurə kimi qəbul olunur. 2001-ci ildə ulu öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən Dünya Azərbaycanlılarının I qurultayından sonra qısa müddət ərzində xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin hüquqi əsasları müəyyənləşdirildi, yüzlərlə yeni diaspor təşkilatı təsis edildi, ölkənin milli maraqlarının müdafiəsinə xidmət edən layihələr həyata keçirildi, diaspor təşkilatlarının fəaliyyət strategiyasını müəyyən edən konseptual sənəd - Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edildi. 

Dəyişən dünyanın yeni reallıqları şəraitində Azərbaycan diasporunun potensialından daha səmərəli istifadə olunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə müasir informasiya texnologiyaları vasitəsilə çatdırılması, xalqımızın qədim tarixinin və zəngin mədəni irsinin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, cəmiyyətə inteqrasiyasının sürətləndirilməsinə xidmət edən layihələrə dövlət dəstəyinin artırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.