Xəbərlər

Akademik Ramiz Mehdiyevin kitabı Fransada çap olunub
01 iyun, 2016 11:06

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı Fransanın “L’Harmattan” nəşriyyatında fransız dilində çap olunub. 1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr edilən kitabda onun yaranma səbəbləri, bu bölgənin tarixən mövcud olan Azərbaycan dövlətlərinə məxsusluğunu əks etdirən müxtəlif tarixi mənbələr yer alıb. Bundan əlavə, kitabda bölgədə ermənilərin xeyrinə həyata keçirilən demoqrafik dəyişikliklərdən, Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həyata keçirilən danışıqlar prosesinin hazırkı vəziyyətindən, beynəlxalq təşkilatların mövcud vəziyyətə dair tutduğu mövqedən, xüsusilə BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin təcavüzkar Ermənistan tərəfindən yerinə yetirilməməsindən, eləcə də münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğundan bəhs edilir. Qeyd edək ki, bu kitab Dağlıq Qarabağın tarixinə, münaqişənin başvermə səbəblərinə, onun doğurduğu acı nəticələrə dair obyektiv və səhih məlumatlar əldə etmək istəyən fransız və fransız dilli oxucular üçün dəyərli mənbə rolunu oynayacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.