Metropolitendən uşaqlarla bağlı yeni aksiya – FOTO
01 iyun, 2016 11:02
Məlum olduğu kimi, bu gün Uşaqların Beynəlxalq Müdafisəi Günüdür.
1news.az xəbər verir ki, Bakı Metropoliteni bu günlə əlaqədar xüsusi bir aksiya keçirib.
Belə ki, Metropoliten əməkdaşlarının uşaqlarının bir qrupunun yaradıcılıq işləri metronun 6 stansiyasında – “Sahil”, “Memar Əcəmi”, “Elmlər Akademiyası”, “Gənclik”, “Nəriman Nərimanov” və “Qara Qarayev” stansiyalarında nümayiş olunur.
Adları çəkilən stansiyalarda rəsm çəkmək bacarığı olan istedadlı uşaqların 9 əsəri ilə tanış ola bilərsiniz.
1news.az