Xəbərlər

Prezident İlham Əliyev: “Enerjidən şantaj, imtiyaz üçün istifadə edilməməlidir”
01 iyun, 2016 10:23
Beynəlxalq Neft və Qaz Sərgisinin inkişafı Azərbaycanın həyatında mühüm rol oynayır. 1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu bu gün 23-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.  Keçən əsrin 90-cı illərindəki mövcud vəziyyəti xatırladan dövlət başçısı bildirib ki, neft və qaz sektorunun inkişafı Azərbaycanın inkişafında mühüm rol oynadı: “Müstəqilliyimizin ilk illəri ağır keçirdi, torpaqlarımız işğal olunmuşdu, vətəndaş müharibəsi başlamışdı. O dövrlərdə keçirilən 1-ci Beynəlxalq Neft və Qaz Sərgisi Azərbaycanın müasir inkişaf yolunu seçdi. İnvestisiya üçün əl əlverişli sahə neft və qaz sektoru idi”. Azərbaycanın neft və qaz sektorunun inkişafından danışan prezident bildirib ki, BP və SOCAR  22 ildir etibarlı tərəfdaş kimi işləyir: “Bu illər ərzində SOCAR da beynəlxalq enerji şirkətinə çevrilib, çünki Azərbaycanda böyük layihələr reallaşdırılıb. İndi SOCAR xarici ölkələrə milyardlarla dollar investisiya qoyur. Xaricə qoyulan investisiya o ölkələrlə bütün sahələrdə əlaqələrə təsir göstərir”. Azərbaycanın şərəfli yol keçdiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, indiyə qədər planlaşdırılmış bir layihə də icrasız qalmayıb: “Onu da deyim ki, regionda sabitlik olmadan bu layihələri icra etmək mümkün deyildi. İnvestorlar bizə inandılar və milyardlarla dollar investisiya qoydular. Biz də bu sahəyə qoyulan vəsait hesabına qeyri-neft sektorunu inkişaf etdirdik. Bu gün neft sektorunun çəkisi 30 faizdir, əsas gəlirlər qeyri-neft sektoru hesabına formalaşır. Əsas məqsədimiz odur ki, neft qiymətlərindən asılı olmayaq”. Ölkə başçısı Azərbaycanın təşəbbüsü ilə reallaşan iri enerji və infrastruktur layihələrindən də söz açıb: “Bakı-Tbilisi-Ceyhan kəməri tikilməsəydi, enerji dəhlizi yaranmazdı. Daha sonra Bakı-Tbilisi-Ərzurum kəməri tikildi. Bu dəhliz üzrə hazırda nəqliyyat dəhlizi yaradılır, Şərq-Qərb dəhlizi reallaşır. İnanıram ki, Şərq-Qərb nəqliyyat dəhlizi bu ilin sonuna qədər istifadəyə veriləcək. Tərəfdaşlıq mövcud reallığı yaradıb. Beynəlxalq əməkdaşlığın təşəbbüskarı biz olmuşuq. Bizə lazım idi ki, neft-qaz kəmərləri  tikilsin neft və qazımız dünya bazarlarına çıxsın. Tranzit, istehlakçı ölkələr də bunda maraqlıdırlar. İstehlakçı ölkələr alternativ mənbələrə çıxış əldə edəcək, tranzit ölkələr on illərlə gəlir əldə edəcəklər. Əgər 1990-cı illərdə üçtərəfli format yaranıbsa, bu gün bu format genişlənir. Artıq 7 ölkə Cənub Qaz Dəhlizinin üzvüdür. Balkan ölkələri ilə də müqavilələr imzalanıb”. Prezident bildirib ki, Azərbaycan qaz hasilatını artıracaq: “Azəri-Çıraq-Günəşli yataqlar blokunun dərin laylarında da ciddi qaz ehtiyatları var. Biz daha geniş coğrafiyaya çıxmaq istəyirik. Azərbaycanın Cənub Qaz Dəhlizində liderlik rolu etiraf edilir. Məşvərət Şurasının yaradılması da böyük uğurdur. Biz bütün hədəflərə çatırıq. 2015-ci ildə TANAP layihəsinin, 2 ay əvvəl TAP layihəsinin təməli qoyuldu. Biz ardıcıl bütün hədəflərə çatırıq”. Dövlət başçısı bildirib ki, bu gün Cənub Qaz Dəhlizinin icrası qrafik üzrə gedir: “Bizim qarşımızda bu gün duran əsas vəzifə Cənub Qaz Dəhlizi ilə bağlıdır. Bu gün Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Biz hər zaman qarşımıza enerji faktorundan əməkdaşlığı dərinləşdirmək məqsədilə istifadə etmək hədəfi qoymuşuq. Azərbaycan öz resurslarından başqa məqsədlər üçün istifadə etməyib. İstəmişik ki, əməkdaşlığı genişləndirək, qonşuluğumuzda sabitlik olsun, ölkəmizin qüdrətini artıraq. Buna görə də Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında müzakirə olunan məsələlərdə heç bir fikir ayılığı yoxdur, bütün tərəflərin maraqları təmin olunur. Ancaq maraqların uzlaşması şəraitində istədiyimizə nail ola bilərik. İstehsalçı, tranzit və istehlakçı ölkələrin hər hansı biri yalnız öz marağını güdsə, uğurlara nail ola bilməzdik. Enerjidən şantaj, imtiyaz üçün istifadə edilməməlidir. Biz istəyirik ki, Azərbaycanda inkişaf sürətlə getsin, bölgədə sabitlik möhkəmlənsin”. Prezident bildirib ki, dünyada yaranan yeni müharibələr, qarşıdurmalar Azərbaycanı da narahat edir: “Bu, arzu edilən mənzərə deyil. Biz bölgəmizdə sabitlik istəyrik. Yalnız sabitlik şəraitində bölgə, Azərbaycan inkişaf edə bilər”. Dövlət başçısı bildirib ki, neft ölkələri, o cümlədən Azərbaycan üçün 2016-cı il sınaq ilidir: “Azərbaycan bu sınaqdan uğurla çıxır. 2016-cü il sabitləşmə ili olmalıdır, gələn il isə artım olacağına inanıram. Hər il iqtisadi artım olub, indi yeni dövr başlayıb. Ancaq biz istənilən sınaqdan uğurla çıxa bilirik və çıxacağıq”. Prezident İlham Əliyev bildirib ki, əsas məqsədlərdən biri sosial layihələrin ardıcıl icra edilməsidir: “Pensiyalar 10 faiz artırılıb, bütün sosial layihələr icra edilir. Neft qiymətlərinin düşməsi bir növ sınaq oldu. Xarici investorlar bizə inanırlar, biz yaxşı reputasiya qazanmışıq”. 1news.az
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.