Yay səyahəti üçün etibarlı yol yoldaşı – “Lexus RX” krossoveri – FOTO
01 iyun, 2016 10:05
Çıxdığımız istənilən səyahətin (istər təyyarə ilə, istər qatar, istərsə də avtomobillə) hər zaman əyləncəli, komfortlu və rəngarəng olmağını arzulayırıq.
Bəzən yolboyu üzləşdiyimiz çətinlikləri də mənzilbaşına çatandan sonra istirahət edərək unutmağa çalışırıq. Ancaq elə səyahətlər var ki, komfort və rahatlıq elə yolun əvvəlində başlayır. Seçdiyimiz yol yoldaşımız sayəsində. Yaponiyanın “Lexus” avtomobil şirkətinin bir qədər əvvəl təqdim etdiyi premium sinfinə aid krossover - RX modeli hər səyahəti lüks istirahətə çevirir.
Parlaq dizaynı, təkmilləşdirilmiş manevr götəriciləri, salondakı xüsusi komfortu ilə “Lexus RX” qət olunan istənilən yolu insana sevdirə bilər. Trapesiya formalı radiator qəfəsi, cəsur və effektiv cizgiləri ilə “Lexus RX” ilk baxışdan böyük təəssürat bağışlayır.
Avtomobil dizaynerləri sərnişinlərin rahatlığını əsas götürərək RX-in texniki götəricilərinə xüsusi diqqətlə yanaşıblar: kapotu və baqaj qapısı alüminium ilə təchiz olunan RX indi daha yüngüldür, buna görə də daha yüksək manevr qabiliyyətinə malikdir. Lazer qaynağına innovativ texnologiyaların tətbiqi nəticəsində şassilər daha sərtdir. Bu isə yolboyu istənilən nahamar səthlərdə vibrasiyaları azaldır və idarə etməni daha dəqiq edir. Bununla bərabər, asqı sistemi də xeyli təkmilləşdirilib və indi RX krossoveri sürücüyə böyük sürüş zövqü bəxş edir.
Texniki xüsusiyyətləri keyfiyyətcə daha üstün mərhələyə adlayan RX ilə səyahət xüsusilə cəlbedici olub. Nəfis dəbdəbənin standartına çevrilmiş salonun lüks komfortu yolda keçən vaxta təkrarolunmaz rahatlıq gətirir. Gedilən hər məsafə sürücüyə və sərnişinlərə ayrı bir həzz, xoş macəralar yaşadır. Erqonomik və ultramüasir idarə paneli audio-sistem, klimat-kontrol və naviqasiya sistemini asanlıqla idarə etməyə imkan yaradır.
Dost yolda tanınar. Seçdiyiniz yol yoldaşı sizə təkcə səyahəti yox, bütün yolu sevdirsin.