“Formula-1” yarışları zamanı metronun bəzi stansiyaları gecə saat 02:00-a qədər açıq olacaq
31 may, 2016 16:18
İyunun 17-18-19-da Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-prisi yarışları zamanı metronun “İçərişəhər”, “Sahil”, “28 May” stansiyaları gecə saat 02:00-a qədər sərnişinlərin istifadəsi üçün açıq olacaq.
1news.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirdiyinə görə, digər stansiyalar 00:00-da sərnişinlərin girişi üçün bağlanacaq, ancaq metronun çıxış qapısı açıq qalacaq.
1news.az