Xəbərlər

ABŞ prezidentliyinə ilk namizəd rəsmiləşib
30 may, 2016 11:44
ABŞ prezidenti postuna iddia edən ilk rəsmi namizədin adı məlum olub. 1news.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu, Libertarian Partiyasının namizədi, Nyu-Meksiko ştatının keçmiş qubernatoru Qeri Consondur. Qeyd edək ki, dünən Partiyanın qurultayında Q.Conson 55,8 faiz səs toplayaraq rəqibini qabaqlayıb. Nəticədə Q.Conson bu ilin noyabrında keçiriləcək seçkilərdə prezidentliyə ilk rəsmi namizəd olub. Nəzərinizə çatdıraq ki, Libertarian partiyası prezident seçkilərində 1972-ci ildən iştirak edir. Adətən, libertarianların prezident seçkilərində qələbə qazanmaq şansları olmasa da, budəfəki rəy sorğularında Q. Consonun sabit olaraq səslərin 10 faizindən çoxunu qazandığı bildirilir. Respublikaçı Donald Tramp və demokratların namizədi Hillari Klintonun aşağı populyarlığı onun üçün müəyyən perspektivlər açır. Onu da bildirək ki, prezidentliyə namizədlərin seçkiqabağı debatlarında iştirak edə bilmək üçün Conson ardıcıl üç dəfə keçiriləcək ictimai rəy sorğusunda respondentlərin səslərinin 15 faizini qazanmalıdır. 1news.az  
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.