Xəbərlər

Xızıda baş verən yol qəzasında ölən daha bir nəfərin şəxsiyyəti müəyyənləşi
30 may, 2016 01:05
Mayın 29-da Xızıda baş verən yol qəzası nəticəsində ölən sərnişinlərdən sonuncusunun da şəxsiyyəti müəyyənləşib. APA-nın şimal bürosunun məlumatına görə, həmin şəxs Sərxan Abdullayevdir. Bu barədə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib. 29.05.2016 22:40 Xızıda baş vermiş ağır yol qəzasında yaralananlardan daha biri dünyasını dəyişib. Bu barədə APA-ya Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib. Ağır vəziyyətdə xəstəxanaya  yerləşdirilən şəxs orada dünyasını dəyişib. Onun şəxsiyyəti müəyyənləşdirilir. 22:40 Bu gün axşam saatlarında Xızı rayonunda baş verən qəzada xəsarət alan 15 nəfərin şəxsiyyəti məlum olub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, onlar 2005-ci il təvəllüdlü Nigar Kazımlı, 1965-ci il təvəllüdlü İndira Mollayeva, Ziba Rəhimova, Lalə Rəhmanova,1950-ci il təvəllüdlü Qafar Abdullayev, 1951-ci il təvəllüdlü Çaylar Mikayılov, Rasim Rzayev, Leyla Fərhadova, İsmayıl Feyzullayev, 1966-cı il təvəllüdlü Əsəd Qurbanov,1954-cü il təvəllüdlü Nizami Abdullayev, İradə Əliyeva, Fərqanə Fərzəliyeva, Hədiyyə Əliyev və Vüsalə Ağabəylidir. Ölən iki nəfər isə Sumqayıt Dövlət Texniki Kollecinin müəllimi 1984-cü il təvəllüdlü Hacıyev Kamil İslam oğlu və kollecin yeməkxanasında çalışan Dilarə adlı xanımdır. Zərərçəkənlərin əksəriyyəti Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşlarıdır. *** Xızının Xələfli kəndində baş verən yol qəzası nəticəsində xəsarət alanların sayı 21-ə çatıb. APA-nın şimal bürosunun xəbərinə görə, xəsarət alanların xəstəxanalara aparılması üçün Xızı, Siyəzən və Sumqayıtdan təcili-tibbi yardım briqadalar cəlb olunub. Məlumat verildiyi kimi, içərisində tələbələr olan “Hyundai” markalı avtobus yoldan çıxaraq dərəyə aşıb. Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir. *** Bu gün axşam saatlarında Xızı rayonu, Xələflər kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun xəbərinə görə, içərisində tələbələr olan “Hyundai” markalı avtobus yoldan çıxaraq dərəyə aşıb. İlkin məlumata əsasən, qəza nəticəsində 2 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Yaralılar Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılır. Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.