Mourinyo “Mançester Yunayted”lə anlaşdı – 3 illik müqavilə
27 may, 2016 12:11
Joze Mourinyo rəsmən "Mançester Yunayted"in baş məşqçisi təyin olunub.
ERtv.Az Apasport.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Portuqaliyalı mütəxəssis “qırmızı şeytanlar”la 3 illik müqavilə imzalayıb. O, bu postda hollandiyalı çalışdırıcı Lui van Qalı əvəzləyib.
Qeyd edək ki, məşqçilik fəaliyyəti ərzində "Porto", "İnter" və "Real Madrid" kimi klubları çalışdırmış Mourinyonun əvvəlki iş yeri "Çelsi" olub.