Azərbaycan prezidenti: "Dost Argentina xalqına əmin-amanlıq və firavanlıq diləyirəm"
24 may, 2016 18:21
Azərbaycan Prezidenti İlham Əliyev Argentina Respublikasının Prezidenti Maurisio Makriyə təbrik məktubu göndərib.
ERtv.Az-ın AZƏRTAC-a istinadən məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Argentina Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Argentina xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".