İlham Əliyev İordaniya kralını təbrik etdi
24 may, 2016 18:08
Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb.
ERtv.Az-ın AZƏRTAC-a istinadən məlumatına görə, məktubda deyilir:
"Əlahəzrət,
Əziz Qardaşım,
İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".