Amerikalı yazıçılar Donald Trampa qarşı müraciət yayıblar
25 may, 2016 12:53
Yüzlərlə yazıçı ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Trampın əleyhinə müraciət imzalayıb.
ERtv.Az newsru.com-a istinadən xəbər verir ki, Stiven Kinq, Şeril Streyd, Deyv Eqqers də daxil olmaqla 472 yazıçının imzaladığı müraciətdə Amerika xalqının D.Trampa etimad göstərməməyə çağırış edilib.
Yazıçıların müraciətində qeyd olunub ki, istənilən demokratiya məhz fikir müxtəlifliyinə əsaslanır və bütün məsələlər arqumentləşdirilmiş debat nəticəsində öz həllini tapır.
Yazıçılar qeyd ediblər ki, cəmiyyətin əhval-ruhiyyəsini və mövqeyini nəzərə almayan, irqçi bir şəxs dövlət başçısı ola bilməz.
Müraciət müəllifləri bu və digər səbəblərə görə D.Trampın ABŞ prezidenti seçilməsinin əleyhinə olduqlarını diqqətə çatdırıblar.