Xəbərlər

Musiqili Teatrda bu həftə 7 tamaşa nümayiş olunacaq
25 may, 2016 12:15

Musiqili Teatrda bu həftə 7 tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Gün.Az-a verilən məlumata əsasən, mayın 25-dən 29-dək tamaşaçılara “999-cu gecə” (F. Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında), “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov), “Bir dayan, canavar!” (R. Ağayeva, A. Xayt, A. Kurlyanski) və “Baladadaşın toy hamamı” (Elçin) tamaşaları nümayiş olunacaq.
 
Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Ramiz Məmmədov, əməkdar artistlər Novruz Qartal, Nahidə Orucova, Almaz Ələsgərli, Emma Məlikova, Svetlana Bulax, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Nadir Xasıyev, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Gülcahan Salamova, Gülnarə Abdullayeva, Marina Litvenonko, Emil Heydərov, Ülviyyə Əliyeva, Nadejda Povelitsina, Elçin İmanov, Yuliya Heydərova, Əliməmməd Novruzov, Gültac Əlili, Elxan İsmayılov, Gülçöhrə Abdullayeva, Səməd Xasıyev, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Gülnarə Əzizova, Nicat Əli, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva, Fərid Rzayev, Rauf Babayev, Nigar Qarayeva, Gülnarə Kərimbəyova, Elməddin Dadaşov, Rahib Məmmədzadə, Nahid İsgəndərzadə və başqalarının ifalarını izləyə biləcəklər.
 
Qeyd edək ki, Musiqili Teatr bu həftə də balaca və rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, 28 may tarixində saat 12.00-da V. Ulanovski və V. Orlovun “Qızıl cücə”, 29 may tarixində saat 12.00-da isə R. Ağayeva, A. Xayt və A. Kurlyanskinin “Bir dayan, canavar!” əsərləri rus dilində uşaqlar üçün nümayiş olunacaq.
 
Dahi bəstəkar, SSRİ xalq artisti Fikrət Əmirovun dünyaca məşhur “Min bir gecə” baletinin musiqiləri, ölməz, məşhur mahnıları və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” böyüklər üçün nağıl-tamaşasının premyerası da məhz bu həftə - 25-26 may tarixlərində saat 19.00-da baş tutacaq. Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru İradə Gözəlovadır.
 
Musiqili Teatrı yekunlaşmaqda olan may ayını xoş notlarla başa vurmaq arzusunda olan hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.