Süleyman Rüstəmin 110 illik yubileyi qeyd olunub
25 may, 2016 12:15
Azərbaycan Texniki Universitetində xalq şairi Süleyman Rüstəmin 110 illik yubileyi keçirilib.
Ertv.Az xəbər verir ki, yubileydə şairin ailə üzvləri, tanınmış ictimai şəxslər, elm adamları və incəsənət nümayəndələri iştirak ediblər.
Tədbirdə Süleyman Rüstəm yaradıcılığının ədəbiyatımıza, poeziyamıza verdiyi töhfələrdən danışılıb.
Çıxış edənlər şairin sovet dövründə ədəbi mühitin formalaşdırılmasında, dirçəlməsində göstərdiyi xidmətlərdən söz açıblar. Bildirilib ki, şairin Cənub həsrətindən yoğurulan şeirləri, poemaları, qəzəlləri ədəbiyyatımızda xüsusi rol oynayır.
Yubiley tədbiri Süleyman Rüstəmin sözlərinə bəstələnmiş mahnıların ifası ilə davam etdirilib.