Xəbərlər

Bundesliqa klubu azərbaycanlı qapıçı ilə yollarını ayırdı
25 may, 2016 12:14

Bundesliqada qalmağı bacaran “Ayntraxt” klubunda 3 futbolçu ilə yolların ayrılacağı tam dəqiqləşib.

ERtv.Az Apasport.az-a istinadən xəbər verir ki, komandadan göndəriləcək oyunçuların sırasında Emil Balayevin də adı var.

Azərbaycanlı qapıçının frankfurtlulara lazım olmadığını klubun meneceri Bruno Hübner təsdiqləyib. O bildirib ki, digər oyunçuların da taleyinə yaxın günlərdə aydınlıq gələcək:

“Niko Kovaç “Ayntraxt”a yeni nəfəs verdi, komandanı yüksək liqada saxlamağı bacardı. Mən bir məşqçi kimi ona güvənirəm. Artıq gələcəklə bağlı planlar qurmaq lazımdı. İlk qərar 3 futbolçu - Konstan Djakpa, Yannik Zummak və Emil Balayevlə bağlı qəbul edilib. Çox diqqətli olmalıyıq. Daha kimlərlə yolları ayırmağa, kimlərlə davam etməyə düşünüb qərar verməliyik”.

Makoto Hasebe və Enis Ben-Hatira ilə yeni müqavilə imzalamağa hazırlaşan “Ayntraxt” rəhbərliyinin Almaniya millisinin sabiq üzvü Miroslav Kloze ilə danışıq apardığı bildirilirdi. Lakin Hübner bu məlumatı təkzib edib:

“Klozenin “Ayntraxt”a keçəcəyi ilə bağlı yayılan məlumatlar doğru deyil. Bu, həqiqəti əks etdirmir”.

Qeyd edək ki, Emil Balayev 2014-cü ildə “Ayntraxt”a transfer edilmişdi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.