Xəbərlər

Fransua Olland: Fransa Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək
25 may, 2016 18:31

Fransa prezidenti Fransua Olland prezident İlham Əliyevə Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

ERtv.Az Azərtac-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza böyük səmimiyyətlə sülh, əmin-amanlıq və tərəqqi arzularımı çatdırıram.

Ötən illərdə olduğu kimi, bu il də Fransa ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişafı bütün sahələrdə davam edib. Tezliklə Bakıda açılacaq Fransız Azərbaycan Universiteti buna bariz nümunədir. Mən buna şadam və arzu edirəm ki, ölkələrimizi birləşdirən tərəfdaşlıq əlaqələri daha da dərinləşsin və müxtəlif sahələri əhatə etsin.

Bu xoş fürsətdən istifadə edərək Sizi əmin edirəm ki, Minsk qrupunun həmsədri kimi Fransa rusiyalı və amerikalı tərəfdaşları ilə Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək.

Cənab prezident, sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.